Çərşənbə , Oktyabr 21 2026
azfa

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi ilə bağlı qərar verilmədən Təbriz həbsxanasında saxlanılır. Bel nahiyəsində disk yırtığından əziyyət çəkən məhbusun tibbi yardımdan da məhrum edildiyi bildirilir.

Vidafər 2026-cı il avqustun 5-də Təbrizdə Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Daxil olan məlumatlara görə, onun saxlanılmasına səbəb “Benyamin Netanyahunun səhifəsindəki paylaşımlardan birini bəyənməsi” olub. Bununla belə, ona qarşı irəli sürülən rəsmi ittiham və iş üzrə məhkəmə araşdırmasının təfərrüatları məlum deyil.

Həmin məlumatlara əsasən, Vidafər həbsdə olduğu müddətdə ailəsi ilə cəmi bir dəfə, qısa telefon danışığı apara bilib. Onun taleyinin qeyri-müəyyən qalması, ailəsi ilə əlaqə imkanlarının məhdudlaşdırılması və tibbi yardımdan məhrum edilməsi məhbusun vəziyyəti ilə bağlı ciddi narahatlıq doğurur.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …