Şənbə , Noyabr 14 2026
azfa

Təbrizdə zavod işçiləri tətilə başlayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə zavod işçiləri tətilə başlayıblar.

Təbrizdə “Səhənd Cam Təbriz” şüşə zavodunun işçiləri maaşların yetərli olmamasına etiraz olaraq səhər saat 09:00-dan tətilə başlayıblar.

İşçilərin sözlərinə görə, zavod sahibinin Bünab şəhərində silikon mədəni və Simnanda da başqa şüşə zavodu var. Qeyd olunub ki, ötən ay Simnanda şüşə fabrikinin işçilərinə 30% maaş artımı edildiyi halda, Təbriz və Bünabda işçilərə bu maaş artımı edilməyib və bu məsələ işçilərin etiraz və tətil etməsinə səbəb olub.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …