Çərşənbə , Oktyabr 14 2026
azfa

Türkiyə tərəfdarı qüvvələr Suriyada Bəşar Əsəd, Rusiya, İran qüvvələri və PKK terrorçularını yenərək şəhərləri azad edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə tərəfdarı qüvvələr Suriyada Bəşar Əsəd, Rusiya və İran qüvvələri, eləcə də PKK terrorçularını yenərək şəhərləri bir-birinin ardınca azad etməkdə davam edir.

Azad Suriya Ordusu Türkiyə artilleriyasının dəstəyi ilə Təl Rifat şəhərinə doğru irəliləməyə çalışır.

Bu şəhər Hələbin şimalında PKK-nın nəzarəti altındadır.

Azad Suriya Ordusu Əsədin PKK-ya təslim etdiyi bölgələrdə bu terror qruplaşması ilə döyüşməyə başlayıb və həmin əraziləri azad edib.

Əsəd ordusunun müqaviməti bütün cəbhələrdə iflasa uğrayıb. Rəqiblər strateji şəhər olan Həmaya doğru irəliləyirlər.

Ermənistan isə ordusunu Hələbdən çıxarmaq məcburiyyətində qalıb.

Edlib vilayəti tam şəkildə azad edilib, bir sıra şiə şəhərləri və digər şəhərlər də İran və Rusiyanın işğalından azad edilib.

Türkmən ordusu da müharibələrdə öndə iştirak edir.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …