Çərşənbə , Aprel 24 2024
azfa

Təbrizd həbs edilən Hadi Məhəmmədi zaminə buraxıldı, tutulanların bəzisinin siyahısı məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda 24 iyulda keçirilən aksiya zamanı və ondan öncə onlarla azərbaycanlı fəal həbs edilib.

Həbs olunanlardan bir sırasının kimliyi və harada saxlanıldığı barədə məlumatlar dəqiqləşdirilə bilib.

Həbs olunanlardan biri Məhəmməd Mahmudidir. O vəsiqə qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Ulduz Qasimi də şənbə günü, iyulun 24-də Təbrizdə yaxalanıb. Fəalvəsiqə təyin edildikdən sonra Təbriz zindanına köçürülüb.

Şahin Bərzgərin qardaşı olan Şəhruz Bərzgər də həmin həbs edilib.

Siyamək Kuşi şənbə günü, iyulun 24-də  Təbrizdə yaxalanıb və artıq vəsiqə qarşılığında zaminə buraxılıb.

Səməd Ladvəndi isə iyulun 24-də yaxalanıb və bir neçə saat sorğu-sualdan sonra müvvəqqəti olaraq sərbəst buraxılıb.

Davud Rəhimi də yaxalanəb. Yaxınlarının verdiyi məlumata görə, iyulun 24-də  Təbrizdə yaxalanıb və hələlik onun barəsində heç bir məlumat yoxdur.

Əmir Səttari Rəuf isə iyulun 22-də rejimin təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və hara aparıldığı dəqiq bilinmir.

Vəhid Əbhəri 22 iyulda Təbrizdə həbs olunub. Saxlanıldığı yer barədə məlumat yoxdur.

Müctəba Əbdüli də iyulun 22-də Ocan (Bostanabad) şəhərində həbs olunub. Həbs səbəbi və saxlanılma yeri məlum deyil.

Əşkan Səadətmehr və Əkbər Quluzadə iyulun 24-də Urmiyanın Ətayi küçəsində yaxalanıb. Bir neçə saat sorğu-sual edilib, məmurlar tərəfindən döyüldüksən sonra müvvəqqəti olaraq zaminə buraxılıb.

Kərim İsmayılzadə də şənbə günü yaxalanıb.

Rəhim Sasanian, Yaşar Piri, Sədullah Sasanian, Möhsün Abbaspur və Məhəmməd Purəli iyulun 22-də, axşam saat 22 radələrində Təbriz şəhərinin 50 kilometrliyində yerləşən Xoca şəhərində yaxalanıblar.

Saxlanıldıqdan sonra “Sepah”ın Təbrizdəki kəşfiyyat və təhlükəsizlik təcridxanasına köçürülüblər. İyulun 23-ü səhər saat 7-də sərbəst buraxılan milli fəalların mobil telefonları təhlükəsizlik məmurları tərəfindən müsadirə edilib.

Yusif Sələhşur iyulun 25-i axşam saat 23-də İran rejiminin silahlı təhlükəsizlik məmurları tərəfindən Təbriz şəhərində evinə basqın edilib. Məmurlar fəalı həbs edərək naməlum istiqamətə aparıblar. Onun evində axtarış aparıldığı və şəxsi əşyalarının məmurlar tərəfindən götürüldüyü bildirilir.

Nadir Sadiqiyan və Məhəmməd Mərdi iyulun 26-da Təbrizdə öz evlərində həbs olunub. Saxlanılma səbəbləri və hara aparıldıqları bəlli deyil. Onların 24 iyul aksiyaları ilə bağlı həbs olunduqları ehtimal edilir.

Etirazlarla bağlı həmçinin Rza Şəhrivər və Məhəmməd Kaziminin də həbs edildiyi bildirilir.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …