Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin telefon qadağası götürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şəhərlərində 24 iyun etirazalarıı öncəsi azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artdığı bir vaxtda Ərdəbildə həbsdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə telefon qadağası tətbiq edilmişdi.

Etirazlardan bir müddət sonra fəal  iyul 4-də yenidən ailəsi ilə telefon əlaqəsi saxlamaq hüququndan istifadə edə bilib.

Bundan öncə isə II Qarabağ müharibəsi dövründə Güney Azərbaycanda Azərbaycan ordusuna dəstək, İranın ermənilərə silah yardımına qarşı keçirilən etirazlar zamanı da Abbas Lisaniyə telefonla ailəsi əlaqə yaratmaq və görüşünə qadağa qoyulmuşdu.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …