
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Kücüvar bölgəsinin əhalisi bu bölgənin ətraf mühitinin qeyri-standart zavodlar vasitəsilə çirkləndirilməsinə etiraz etdilər.
Kücüvar əhalisi bu məqsədlə cümə gücü sentyabr ayının 27-də küçə yürüşü keçirərək Neft Ayırma Zavodu, Neft-Kimya Şirkəti və Polinar Şirkətlərinin qeyri-standart şəkildə fəaliyyət göstərib, bölgənin ətraf mühitini çirkləndirməsi, eləcə də rejim tərəfindən həmin zavodun dünya standarlarına uyğun olmadan genişləndirilməsinə etiraz ediblər.