Şənbə , Aprel 20 2024
azfa

Tikantəpənin “Sərdar Əfşar” qalasının terrorçu kürdə verilməsinin pərdə arxası məsələlər ifşa olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə şəhərinin simvolu kimi tanınan tarixi “Sərdar Əfşar” qalası 15 illik müqavilə əsasında Nasir Qüdrəti adlı Tehranda yaşayan terrorçu kürdə verilməsinin pərdə arxası məsələlər ifşa olunub.

Qeyd  edək ki, tarixi “Sərdar Əfşar” qalasına bu günədək Qızıl Aypaya Cəmiyyəti nəzarət edib. Lakin bu abidə qısa zamanda Tehranda yaşayan Nasir Qüdrəti adlı radikal kürdə təhvil verilir.

Tikantəpənin irqçi fars rejimin məclisdəki millət vəkili Humayun Haşimi tarixi abidənin radikal kürdə təhvil verilməsində əsas rol oynayıb. O bundan əvvəl keçmiş həmkarlarından olan Həsən Mahmudini Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı direktor vəzifəsinə gətirmək üçün Qərbi Azərbaycanın yerli olmayan kürd valisi Məhəmməd Mehdi Şəhriyariyə təqdim edib. Həsən Mahmudi vali tərəfindən dərhal sözügedən vəzifəyə təyinat alıb.

Həsən Mahmudi Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru postuna təyin olunduqdan sonra isə Humayun Haşiminin tövsiyyəsi ilə “Sərdar Əfşar” qalasını tender elan etmədən gizli şəkildə qanunsuz olaraq Nasir Qüdrətiyə təhvil verib.

Araşdırmalara görə, Tikantəpənin kürd olan sözdə millət vəkili Humayun Haşimi seçkiqabağı təbliğat-təşviqat dönəmində Nasir Qüdrətidən təxminən 1 milyard tümən maliyyə yardımı alıb. O bunun qarşılığında radikal kürd iş adamına tarixi qalanı hədiyyə etmək istəyir.

Həmçinin Tikantəpənin keçmiş İcra Hakimikyyəti başçısı Əli Mükərrəminin də bu məsələnin rol oynadığı bildirilir. Onun Nasir Qüdrəti ilə yaxın iş əlaqəsi olub. Hər zaman Humayun Haşimi və Məhəmməd Mehdi Şəhriyariyə dəstək verən Əli Mükərrəmi bir müddət əvvəl Şəhər İcra Hakimiyyətinin başçısı postundan kənarlaşdırılıb.

Nasir Qüdrətinin radikal və terrorçu kürd olduğu deyilir. O Tehranda fəaliyyət göstərən “Asiman gəşt bərin” turizm şirkətinin sahibidir və “Sərdar Əfşar” qalasını guya turizm sahəsində istifadə etmək bəhanəsi ilə təhvil almaq istəyir. Lakin bu tarixi qalanın şəhərin Azərbaycan və türk kimliyini dəyişmək məqsədi daşıdığı kimsədə şübhə doğurmur.

Azərbaycan türkləri isə “Sərdar Əfşar” qalasının radikal və terrorçu kürdə verilməsinə ciddi şəkildə etiraz edirlər.

Xatırladaq ki, “Sərdar Əfşar” qalası Nasirəddin şah Qacar zamanı “Sərdar Əfşar” adı ilə tanınan Hüseynəli xan Əfşar tərəfindən tikilib. Tarixi qala təxminən 100 il Azərbaycanın Əfşar məntəqəsinin idarə işlərinin mərkəzi olub.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın