Şənbə , Oktyabr 24 2026
azfa

Təbrizin Pəyam Nur Universitetində 26 Azərlə bağlı sərgi keçirilib, özl say buraxılıb- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 26  Azərin ildönümü münasibətilə Güney Azərbaycanın Təbriz şəhərinin “Pəyam Nur” Universitetinin dərgisinin özəl sayı buraxılıb və universitetdə sərgi keçirilib.

Sərgidə “26 Azər”- türkcə kitabların yandırıldığı gündə baş verən soyqırım mənzərəsini nümayiş etdirilən materiallar təsvir olunub.

Keçirilən sərgidə “Pəyam Nur” Universitetinin “Azərbaycanın sivilizasiya və mədəniyyəti” nəşriyyəsinin 26 Azər özəl sayı də öyrəncilərə çatdırılıb.

Nəşriyyənin özəl sayı “26 Azər, kitab yandırma faciəsi” adı ilə nəşr olunub. Bu sayıda “26 Azər, əzab, dirçəlmə və bir millətin ölümü”, “Mərhum Prof. Axundinin 1946-ci il cinayətlərindən xatirəsi”, “26 Azər, Azərbaycanın holokastı”, “26 Azər və xatirə dəftərinə baxış”, “Tarixdə kitab yandırma hadisələri nədən necəyə…” və s. başlığı ilə yazılar dərc olunub.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın