Cümə axşamı , Sentyabr 17 2026
azfa

Təbrizin Səhənd stadionunda faşizmə qarşı siyasi mövqe; “Azərbaycan şərəflidir, Pəhləvi bişərəflidir” şüarı – Video

GADTB: Güney Azərbaycanın “Traxtur” futbol klubunun azarkeşləri “Traxtur”–“Əl-Duhail” oyunu zamanı siyasi şüarlar səsləndirərək faşizmə və repressiv siyasətlərə qarşı açıq mövqelərini ifadə ediblər. Qarşılaşma zamanı Təbrizin Səhənd stadionunda “Azərbaycan şərəflidir, Pəhləvi bişərəflidir” şüarı səsləndirilib. Bu şüar 1325-ci ilin 21 azər hadisələri zamanı Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin xatırladılması və Pəhləvi rejiminin repressiv siyasətlərinə etiraz kimi səsləndirilib.

Sözügedən şüar azarkeşlərin tarixi yaddaşının və siyasi etirazının ifadəsi kimi stadionu Azərbaycanla bağlı tələblərin və mövqelərin səsləndiyi məkana çevirib.

Qeyd edək ki, bundan əvvəl də Urmiya voleybol komandasının azarkeşləri “Təbiət İslamşəhr”lə oyun zamanı Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində yerləşən Durnalar Yuvası stadionunda “Azərbaycan şərəflidir, Pəhləvi bişərəflidir” şüarını səsləndirərək Pəhləvi rejimi tərəfindən həyata keçirilmiş kitab yandırılması, eləcə də Azərbaycana qarşı törədilmiş cinayət və soyqırımı hadisələrinin xatirəsini yad etmişdilər.

Bu il Azərbaycanda 1325-ci ilin faciəli hadisələrinin 80-ci ildönümünə təsadüf edir. Həmin dövrdə Azərbaycan Milli Hökumətinin süqutundan sonra Pəhləvi rejiminin ordusu Azərbaycan şəhərlərinə daxil olaraq əhaliyə, mədəniyyətə və milli kimliyə qarşı genişmiqyaslı tədbirlər həyata keçirmişdi. Bu hadisələr Azərbaycan xalqının tarixi yaddaşında “Kitab yandırılan gün” kimi qeydə alınıb.

Tarixi sənədlər və çoxsaylı rəvayətlərə əsasən, Pəhləvi ordusunun qüvvələri Təbriz də daxil olmaqla Azərbaycanın əsas şəhərlərinin meydanlarında türkcə (Azərbaycan türkcəsi) nəşr olunmuş kitabları, eləcə də xalqın tarixini, mədəniyyətini və kimliyini əks etdirən əsərləri toplayaraq yığınlar halında yandırıblar. Bu simvolik və zorakı addım, talan, həbslər, repressiyalar və qətllərlə paralel aparılan mədəni və kimlik yönümlü basqı siyasətinin tərkib hissəsi olub.

https://t.me/GADTB1/47286

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …