Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

BMT İranla bağlı iclas keçirəcək

GADTB: BMT Təhlükəsizlik Şurası (TŞ) İranın nüvə proqramı ilə bağlı xüsusi iclas keçirməyə hazırlaşır. Bununla bağlı, “Tasnim News” agentliyi BBC telekanalına istinadla xəbər verir.

Məlumata görə, iclasda İranın nüvə fəaliyyəti ətrafında yaranmış son vəziyyət müzakirə olunacaq. BBC qeyd edir ki, bu proses İsrailin baş naziri Benyamin Netanyahunun gələn həftə ABŞ prezidenti Donald Trampla mümkün görüşü fonunda baş verir və İran məsələsinin həmin görüşün əsas mövzularından biri olacağı gözlənilir.

Bəzi mənbələr Təhlükəsizlik Şurasının iclasının çərşənbə axşamı baş tutacağını bildirir. Rusiya və Çin isə iclasın BMT platformasında təşkil edilməsinə qarşı çıxan ölkələr sırasında göstərilir./ Azad İran

Həmçinin yoxlayın

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …