Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Təbrizin Şahgölü parkında qayıqların Azərbaycan bayrağına boyanması İran rejimini təşvişə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Şahgölü parkında martın 20-i günorta saatlarında qayığın Azərbaycan bayrağı rənglərinə boyanması İran rejimini təşvişə salıb.

İran rejiminin Təbrizdəki prokurorluğunun göstərişi ilə parkda fövqəladə vəziyyət elan edilib və çox sayda polis qüvvəsi parka yeridilib.

Xocalı soyqırımının işğalı günü ermənilərin Ermənistan bayrağını Tehranda qaldırmasından heç bir narahatlıq keçirməyən İran rejimi, Azərbaycan bayrağına görə Təbrizin Şahgölü parkını mühasirəyə götürüb.

İçi güllərlə bəzədilmiş üç rəngli bayrağın şəkli üzərində çəkilən həmin qayığın fotoları azərbaycanlı sosial şəbəkə istifadəçilərinin rəğbəti ilə qarşılanıb.

Sosial şəbəkələrdə fotoların geniş yayılmasından xəbər tutan rejimin Təbrizdəki prokurorluğu hərəkət keçirib. Parka çoxlu sayda polis qüvvəsi yerdilib.

Bundan sonra Təbriz qubernatorluğu və prokurorluğunun göstərişi ilə qayıq təcili ağ rəngə boyanıb və park işçilərindən bir neçəsi məsələ ilə bağlı sorğu-suala çəkilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …