Cümə , Avqust 21 2026
azfa

İlham Əli̇yevi̇n Şuşada tonqal qalaması Güney Azərbaycanda rəğbətlə qaşılanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BBC radionun fars bölməsinin rəsmi instaqram səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada tonqal qalaması və oradan xalqa müraciəti barədə paylaşım Güney Azərbaycanda rəğbətlə qarşılanıb.

“Azərbaycan Prezidenti Novruz tonqalını Şuşa zirvəsində qaladı” başlıqlı yazı sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Fotoşəkillərin də yer aldığı bu paylaşım 14 saatda 242 min istifadəçi tərəfindən bəyənilib və 7 min şərh yazılıb.

13 milyon izləyicisi olan “BBC Farsca”nın səhifəsindəki bu paylaşım ən çox bəyənilən və şərh yazılan status olub.

Güney Azərbaycandan olan Azərbaycan türkləri dövlət başçısının çıxışına möhtəşəm dəstək nümayiş etdiriblər. Onlar şərhlərində Azərbaycanın 44 günlük savaşdakı qələbəsinə dəstəklərini ifadə ediblər.

Güney Azərbaycandan olan azərbaycanlılar İşğal olunmuş torpaqlarını azad etmək üçün Azərbaycanın apardığı 44 günlük savaşı dəstəkləyir və “Azərbaycan Respublikası ilə qürur duyuruq” kimi şərhlər yazıblar.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …