Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək məhkəmə işlərinə baxılmasının sürətləndirilməsini və tələblərinə aydınlıq gətirilməsini tələb edib.

Aksiyadan yayılan videogörüntülərə əsasən, etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarını səsləndirərək məhkəmə prosesinin uzanmasına və uzun müddətdir apardıqları müraciətlərin nəticəsiz qalmasına etirazlarını bildiriblər. Onların sözlərinə görə, məhkəmə orqanlarına şikayət təqdim edilməsinə baxmayaraq, işlər hələ də yekunlaşdırılmayıb və sərmayələrinin, eləcə də əmlaklarının əhəmiyyətli hissəsinin taleyi qeyri-müəyyən olaraq qalır.

Etirazçılar vurğulayıblar ki, məhkəmə işlərinə baxılmasının gecikdirilməsi onları ciddi iqtisadi və sosial problemlərlə üz-üzə qoyub. Onların sözlərinə görə, həyat boyu topladıqları vəsaitlərin itirilməsi bir çox ailələri gündəlik xərclərin, mənzil və yaşayış ehtiyaclarının qarşılanmasında çətin vəziyyətə salıb. Mövcud vəziyyətin davam etməsi isə zərərçəkənlərin üzərindəki iqtisadi yükü daha da artırır.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …