Çərşənbə , Noyabr 11 2026
azfa

Təbrizli həkimlər dünya səviyyəli möhtəşəm uğur

GADTB: Təbrizli cərrahlar dünyada üçüncü dəfə olaraq kəsilmiş əlin uğurlu transplantasiyası əməliyyatını həyata keçiriblər.

Ortopediya mütəxəssisi və mikroskopik cərrah doktor Əli Behkam Rad, avqustun 4-ü günortadan sonra İranda nadir əl transplantasiyası əməliyyatının uğurla həyata keçirildiyini bildirib:

“Bu əməliyyatdan əvvəl kəsilmiş əlin dünyada iki dəfə ABŞ və Hindistanda uğurla transplantasiyası həyata keçirilib və biz dünyada üçüncü olaraq bu cərrahi əməliyyatı Təbrizdə uğurla həyata keçirdik”.

Onun sözlərinə görə, bədbəxt hadisə nəticəsində bir yeniyetmənin əli tamamilə amputasiya olunub və təbrzli həkimlər onun əlini 6 saat davam edən çətin transplantasiya əməliyyatından sonra bərpa edə biliblər.

Həmçinin yoxlayın

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri …

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …