Çərşənbə , Oktyabr 14 2026
azfa

Urmiya gölü ən acınacaqlı dövrünü yaşayır

GADTB: İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının bataqlıq ərazilər üzrə müavini Əhmədrza Lahicanzadə bildirib ki, Urmiya gölündə suyun səviyyəsi ən aşağı həddə çatıb. Onun sözlərinə görə, suyun səviyyəsi bundan da aşağı düşsə, əlavə statistik məlumat açıqlanmayacaq.

“Avqustun 1-də əldə edilən statistik göstəricilərə əsasən, gölün səviyyəsi 1269,74 metr, sahəsi 581 kvadrat kilometr, suyunun həcmi isə təxminən yarım milyard kubmetrdir”, – deyə, Lahicanzadə vurğulayıb.

Qeyd edək ki, Urmu gölünün ekoloji baxımdan minimum su həcmi 15 milyard kubmetr, maksimum həcmi 30 milyard kubmetr, minimum sahəsi isə 4635 kvadrat kilometr olmalıdır. Hazırkı vəziyyət gölün ciddi ekoloji böhran içində olduğunu göstərir.  

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …