Cümə , Oktyabr 16 2026
azfa

Təzyiqlərlə qarşılaşmasına baxmayaraq Traxtur komandası tərəfdarları Urmiya gölü ilə bağlı şüarlar səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası tərəfdarları İsfahanda Urmiya gölü ilə bağlı şüarlar səsləndiriblər.

Azərbaycanlı tərəfdarlar “Nəqş Cahan” stadionuna daxil olarkən Urmiya gölünün bərpası üçün şüarlar səsləndiriblər: “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa, uduzdu”.

İran Premyer Liqasının ilk həftəsinin əsas oyunu hesab edilən “Traktor” – “Sepahan” qarşılaşması avqustun 10-u, yerli vaxtla saat 19:00-da İsfahanın “Nəqş Cahan” stadionunda keçirilib.

İran mediası qarşılaşma xəbərini “Ulduzların döyüşü” başlığı altında dərc edib.

Gərgin şəraitdə keçən və oyunçular arasında qarşıdurmalarla müşayiət olunan matçda “Traxtur” komandası 3:1 hesabı ilə məğlub olub.

Hiddətlənən “Sepahan” tərəfdarları isə Azərbaycan dilində dəstək şüarları səsləndirən “Traxtur” tərəfdarlarına partlayıcı maddələr atıblar. Nəticədə bir neçə nəfər yaralanıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Traxtur”a dəstək vermək üçün Güney Azərbaycan bölgələri ilə yanaşı, başqa yerlərdən, o cümlədən Tehran, Şiraz, Xorasan və digər şəhərlərdə yaşayan azərbaycan və qaşqay türkləri də İsfahana axışıblar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …