Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi Şərqi Azərbaycanda məcburi hicab bəhanəsi ilə çox sayda avtomobilləri saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətində rejimin polis komandiri Əli Məhəmmədi məcburi hicabdan imtina edərək avtomobil idarə edən 439 qadına qarşı cinayət işi açıldığını bildirib.

O, məcburi hicab qanunlarına əməl etməyən qadınlara qarşı tədbirlərin gücləndirilməsinə toxunaraq deyib: “Polisin xəbərdarlığına məhəl qoymayanlar barəsində cinayət işi başlanıb və Məhkəmə Hakimiyyəti tərəfindən icraata götürülüb”.

İran Parlamentinin Şuralar Komissiyasının sözçüsü Əli Həddadi bununla bağlı qeyd edib: “İnsanları döyməklə hicaba məcbur etmək olmaz”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …