Çərşənbə , Avqust 12 2026
azfa

Tanınmış azərbaycanlı fəal Abbas Lisani zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün şənbə günü iyul ayının 14-də tanınmış azərbaycanlı fəal Abbas Lisani 12 gün həbsdən sonra 50 milyon tümənlik həbsdən sonra Təbrizin mərkəzi həbsxanasından zaminə buraxıldı.

Azərbaycanlı fəal 12 gün müvəqqəti həbs müddətinin 7 gününü aclıq aksiyasında olub.

Qeyd edək ki, Abbas Lisani iyul ayının 2-də Babək Qalası Qurultayı öncəsi irqçi fars rejimin məmurları tərəfindən Ərdəbildə öz iş yerində həbs edilərək, Təbrizin Mərkəzi zindanına köçürülmüşdür.

İrqçi fars rejimin əmniyyət qüvvələri cənab Lisanini yaxalayarkən onun mobil telefonunu da zəbt edib, özləri ilə aparmışlar. Həmçinin azərbaycanlı fəal Təbrizin mərkəzi zindanında təkadamlıq kamerada saxlanılıb, görüşünə isə qadağa qoyulmuşdu.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın