Cümə axşamı , Mart 28 2024
azfa

Tanınmış azərbaycanlı fəaldan Azərbaycanda soyqırım qurbanlarının ruhunu təhqir edən kürd valiyə cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Azərbaycanın böyük bir hissəsini kürdləşdirərək, Azərbaycandan ayırıb Kürdüstan yaratmaq məqsədilə Qərbi Azərbaycan vilayətinə təyin etdiyi kürd vali Şəhriyarinin soyqırıma məruz qalan 200 min azərbaycanlının ruhunu lağa qoyub, soyqırımı dəyərsiz məsələ adlandırmasına qarşı Güney Azərbaycanda etirazlar davam edir.

Azərbaycanlı yazıçı və tanınmış fəal Əkbər Azad da Azərbaycan həqiqətlərini təhrif edən Antiazərbaycan valiyə tutarlı cavab verib.

Azərbaycanlı ziyalı və fəal ərəb, kürd, erməni, fars və s. daxil olmaqla bütün millətlərin təhqir olunmasına ciddi şəkildi qarşı olduğunu qeyd edərək, deyib ki, biz Azərbaycan türkləri digər millətlərə hörmətlə yanaşdığımız halda, məntiqli şəkildə öz varlığımızı qorumağa da hazır olmalıyıq.

O yazıb: “Qərbi Azərbaycanın yerli olmayan və zorla azərbaycanlılara təhmil olunmuş Antiazərbaycan kürd vali öyrəncilərin qarşısında irqçi bir çıxış edib. O iddia edib ki, birinci dünya müharibəsi ərəfəsində asuri ciloları Maşimunun rəhbərliyi ilə qətliam törətməyib. Bu iddia təmami ilə yanlışdır və irqçilik zəminində irəli sürülən fikirdir. Bu göstərir ki, vali Marşimun (asuri cilolarının rəhbəri),  Andranik, İsmayıl Simitqo (azərbaycanlıları qətliam edib talayan kürd dəstələrinin sərkərdəsi) və onların tərəfdarlarının cinayətlərindən razı qalıb. Məhəmməd Mehdi Şəhriyarinin bu şəkildə çıxış etməsi iki səbəbdən irəli gələ bilər:

1- O adam qərəzlidir və bu sözləri ilə İsmayıl Simitqonun rəhbərliyi altında törədilən cinayətləri ört-basdır etmək istəyir. Əgər belədirsə, onun Simitqo ilə hər hansı bir bağlılığı ola bilər.

2- Bəlkə də, o adam tarixi bilmir. Belədirsə, onun Maşimun, Andranik, Simitqo və digərlərinin cinayətləri ilə bağlı mütaliə etməsini istərdim. Mən aşağıda bu zəmində qələmə alınmış bir neçə əsər təklif edirəm:

a) “Urmiya, dünyanı yandıran müharibədə”: Bu əsərdə Urmiya, Salmas, Xoy və s. Azərbaycan şəhərlərində 200 min nəfərdən çox müsəlman türkün öldürüldüyü qeyd olunub.

b) “Azərbaycanın 18 illik tarixi” (Hətta bu kitab türklərin əleyihə yazılan əsərdir. Kitabın müəllifi Əhməd Kəsrəvidir)

Əslində bu əsərləri oxumaq biz türklərə daha vacibdir”.

Azərbaycanlı fəal mətnin sonunda vurğulayıb ki, valiyə, etdiyi cinayətlərinə görə İbni Ziyad ləqəbi verilən Şeyx Übeydulla barəsində də oxumağı məsləhət görərdim.

Qeyd edək ki, antürk və Antiazərbaycan şəxs olan Məhəmməd Mehdi Şəhriyari Şimali Xorasanın Aşxana məntəqəsinin kürdlərindəndir. Onun terrorçu PKK tərəfdarı və Antiazərbaycan olması üçün H.Ruhani onu Qərbi Azərbaycana qəsdən vali təyin edib ki, onun vasitəsilə Azərbaycanın böyük bir hissəsini kürdləşdirib, Azərbaycan ərazisində Kürdüstan yaratsınlar.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın