Cümə axşamı , Oktyabr 29 2026
azfa

Tanınmış azərbaycanlı şair və fəal, aşıq Qafar İbrahimi Təbrizdə dəfn edildi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2019-cu il yanvar ayının 8-də Azərbaycanın tanınmış aşıq, şair və fəalı çox sayda azərbaycanlı fəalların iştirakı ilə Təbriz şəhərinin Vadiye Rəhmət qəbiristanlığında dəfn edilib.

Güney Azərbaycanın müxtəlif bölgə və şəhərlərindən, o cümlədən Təbriz, Urmiya, Sulduz, Ərdəbil və s. şəhərlərdən azərbaycanlı fəallar yazdırdıqları bannerlərlə dəfn mərasiminə qatılıblar.

Tanınmış azərbaycanlı fəal və din xadimi Əzimi Qədim dəfn mərasiminə qatılaraq, aşıq Qafar İbrahimi ilə vidalaşıb və ona cənazə namazı qılıb.

Dəfn mərasiminə qatılan azərbaycanlı fəallar “Azərbaycan sənin başın sağ olsun- böyük insan sənin üzün ağ olsun” və s. şüarlar səsləndiriblər.

Dəfn mərasimindən videoları təqdim edirik:

 

 

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın