
GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı analitiki Covanni Staunovonun paylaşımını yenidən dərc edərək bildirib ki, saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti adı altında Çinə gətirilən İran xam neftinin idxalı hazırda sürətlə azalır.
Staunovo da Çinin Gömrük Baş İdarəsinin Malayziya və İndoneziyadan xam neft idxalı ilə bağlı məlumatlarına istinad edərək, İrandan idxal olunan neftin rəsmi statistikada hələ də sıfır göstərildiyini vurğulayıb.
“TankerTrackers” şirkətinin paylaşımında deyilir:
“Saxta sənədlər səbəbindən Malayziya, İndoneziya, İraq və Oman nefti adı altında Çinə gətirilən İran xam neftinin idxalı hazırda sürətlə azalır”.
Covanni Staunovonun paylaşımı:
“Çin: Gömrük Baş İdarəsinin məlumatlarına əsasən, Malayziya və İndoneziyadan gündəlik xam neft idxalının həcmi — milyon barellə.
Qeyd: İrandan idxal olunan neftin rəsmi göstəricisi hələ də sıfır olaraq qalır”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi