Cümə axşamı , Oktyabr 29 2026
azfa

Tarix boyu xarici qüvvələrə əlaltısı olan kürdlər ABŞ-dan sonra Rusiyanın oyuncağına çevrilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tarix boyu xarici dövlətlərin əlaltısı olan kürdlər ABŞ-dan sonra Rusiyanın oyuncağına çevrilmək istəyirlər.

Suriya kürdləri bu məqsədlə Moskvadakı görüşlərdə Bəşər Əsəd hökuməti ilə razılaşmanı ehtiva edən sənədi rusiyalı diplomatlara təqdim etdim. Bu sözləri suriyalı kürdlərin diplomatik təmsilçisi Badran Jia Kurd deyib.

O bildirib ki, suriyalı kürdlərin yekun qərarı Əsəd hökuməti ilə razılığa gəlməkdir:

“Nəyin bahasına olursa-olsun, ABŞ etiraz etsə belə, bu yöndə çalışacağıq”.

Kurd məhz Rusiyanın vasitəçiliyi ilə Əsədlə razılaşma əldə etmək istədiklərini əlavə edib:

“Bizim fikrimizə görə, Rusiya Dəməşqlə yeni üfüqlər açmağa çalışır. Biz bunu hiss edirik. Top artıq Dəməşqlə Rusiyadadır. Bu əsasla biz müzakirələr və dialoq apara bilərik”.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın