Çərşənbə , Oktyabr 28 2026
azfa

Tarixi Azərbaycan ərazisinin Bijar bölgəsinin Yasukənd ərazisində üzüm festivalı keçiriləcək

GADTB: Kürdüstan ostanına ilhaq edilmiştarixi Azərbaycan ərazisi olan Bijarın Yasukənd şəhəri (Həsənabad Yasu­kənd) şəhrivərin 22–23-də üzüm festivalına ev sahibliyi edəcək. Tədbirin məqsədi bölgənin məşhur üzümünü, yerli məhsulları, həmçinin Yasukəndin mədəni və turizm potensialını tanıtmaqdır.

Festival çərçivəsində təzə üzüm, kişmiş və digər yerli məhsullar satışa çıxarılacaq. Həmçinin Azərbaycan musiqisi, ənənəvi mərasimlər, yerli yeməklərin təqdimatı, eləcə də Azərbaycanın bu tarixi bölgəsində yerləşən Yasukəndin təbii və turizm məkanlarının tanıdılması ilə bağlı proqramlar keçiriləcək.

Yasukənd Bijar bölgəsinin Azərbaycan türklərinin yaşadığı bölgələrindən biridir. Şəhərin üzüm bağları bölgənin ən tanınmış kənd təsərrüfatı imkanlarından hesab olunur. Ötən il şəhərdə üzüm festivalının beşinci mərhələsi keçirilib və bundan sonra festival ölkənin rəsmi turizm tədbirləri təqviminə daxil edilib.

Festivalın keçirilməsi bağbanların məhsullarının tanıdılması ilə yanaşı, Yasəkəndin və Azərbaycanın Bijardakı digər türkdilli bölgələrinin mədəniyyətinin, musiqisinin, mətbəxinin və turizm imkanlarının təbliği baxımından da mühüm imkan yaradacaq.

Həmçinin yoxlayın

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …