Cümə axşamı , Noyabr 12 2026
azfa

ABŞ-ın dəniz blokadası İranın neft ixracını demək olar ki, dayandırıb

GADTB: Reuters xəbər verir ki, İran ilk dəfə olaraq təxminən yeddi həftədir Hörmüz boğazından əhəmiyyətli həcmdə xam neft ixrac edə bilmir. ABŞ-ın dəniz blokadası İranın əsas valyuta gəliri mənbələrindən birini ciddi şəkildə məhdudlaşdırıb.

Kpler, Vortexa və TankerTrackers məlumatlarına əsasən, ABŞ-ın iyulun 14-də blokadanı yenidən tətbiq etməsindən bu yana İrana məxsus heç bir xam neft yükü Hörmüz boğazından keçərək İranın qalan əsas neft müştərisi olan Çinə çata bilməyib.

Kpler və Vortexa-nın hesablamalarına görə, İran avqust ayında gündə təxminən 220–255 min barel xam neft və kondensat yükləyib. Halbuki mart ayında bu göstərici gündə təxminən 2 milyon barel təşkil edirdi.

TankerTrackers şirkətinin həmtəsisçisi Samir Mədəni bildirib ki, hazırda İranın 36 milyon 110 min barel xam neft daşıyan 29 neft tankeri Hörmüz boğazının daxilində qalıb.

Həmçinin yoxlayın

Təbrizdə sürücülər sığortanın olmamasına və maaşların artırılmamasına etiraz olaraq tətilə başladılar – Video

GADTB: 1405-ci il aban ayının 20-də, çərşənbə günü günorta saatlarında Təbrizdə zibil, lil və tikinti …

62 günlük hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə Seginin valideyni övladlarına doğum haqqında şəhadətnamə ala biliblər

GADTB: Qərbi Azərbaycanda Qoşaçay (Miyandab) və Çarbürc VVAQ idarələrinin türk dilində olan “Sevgi” adı ilə …