GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Dağıstanın Azərbaycanla həmsərhəd tarixi Azərbaycan şəhəri olan Dərbənddə 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.
Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv ediliblər. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.