Şənbə , Noyabr 14 2026
azfa

Təbriz və Ərdəbildə təqaüdçülər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən martın 13-də Güney Azərbaycanın Təbriz və Ərdəbil şəhərlərində azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçiriblər.

Təqaüdçülər hər iki şəhərdə Sosial Təminat İdarəsinin binaları qarşısına toplaşaraq əmək haqqı və təqaüdlərin aşağı olmasına, eyni zamanda sığorta problemlərinə və həyat şəraitinin pis olmasına etirazlarını bildiriblər.

Yaşayış şəraitlərinin günü-gündən çətinləşdiyini bildirən narazılar təqaüdlərin artırılmasını tələb edib.

Etirazçılar həmçinin təqaüdlərin eyniləşdirilməsi və artırılmasını tələb ediblər.

Bu sayca azərbaycanlı təqaüdçülərin son iki ay yarımda sayca 7-ci etiraz aksiyalarıdır.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …