Çərşənbə , Sentyabr 23 2026
azfa

Ukrayna ordusu 3 məntəqəni azad edərək çox sayda rus hərbi texnikasını məhv etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu 3 məntəqəni azad edərək çox sayda rus hərbi texnikasını məhv edib.

Ukrayna ordusu İzyum yaxınlığında əks-hücuma keçib. Bu barədə Odessa vilayət administrasiyasının Operativ Qərargahının rəhbəri Sergey Bratçuk deyib.

“Ukrayna ordusu İzyumda əks-hücuma keçdi. Ukrayna ordusunun bu istiqamətdəki ardıcıl hücumları nəticəsində düşmən Topolsk, Şpakovka və Donetsk yaşayış məntəqələrində ciddi itkilər verərək geri çəkilib”, – Bratçuk bildirib.

Bu arada isə Ukrayna ordusu Mariupol yaxınlığında Rusiyanın zirehli texnika və canlı qüvvəsini məhv edib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatında deyilir: “Xüsusi təyinatlılar və Ukrayna Milli Qvardiyasının döyüşçüləri dəqiq zərbələrlə Rusiya zirehli texnikalarını və canlı qüvvəsini məhv etdilər. Həmçinin düşmən şəhəri atəşə tutmaq imkanından məhrum edildi”.

“Bayraqdar” isə Ukraynada rus ordusunun artilleriya atəşinə nəzarət məntəqəsini məhv edib. Bu barədə “Xarkov layf” Teleqram kanalı görüntü yayıb.

Həmçinin Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun maddi-təminat infrastrukturuna sarsıdıcı zərbələr endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu müvəqqəti işğal olunmuş ərazilərində düşmənin maddi-texniki təminatı sistemini sıradan çıxarmaq üçün arxa infrastruktura sarsıdıcı zərbələr endirib:

“Ötən gün Hava Qüvvələrimiz rusların dörd təyyarə, üç helikopter və pilotsuz uçuş aparatını vurub. Onların növü barədə məlumat dəqiqləşdirilir”.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …