Bazar ertəsi , Noyabr 2 2026
azfa

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərini ölkəyə dəvət etməsi və nüvə obyektlərində yoxlamalara icazə verməsi ilə bağlı iddiaları rədd edib.

O bildirib ki, hərbi hücumlar nəticəsində Agentliyin çıxış imkanlarını itirdiyi obyektlərdə yoxlamaların bərpası danışıqların gedişindən və əldə olunacaq nəticələrdən asılı olacaq.

Bundan əvvəl ABŞ vitse-prezidenti Cey Di Vens son razılaşmadan sonra verdiyi müsahibədə Vaşinqton və Tehran arasında əldə olunmuş anlaşmaya əsasən BAEA müfəttişlərinin “mütləq şəkildə” İrana qayıdacağını bildirmişdi.

İsmayıl Bəqayi həmçinin yaxın günlərdə yeni bir görüşün keçirilməsi üçün hazırlıq işlərinin aparıldığını açıqlayıb.

İran və ABŞ nümayəndələri arasında İsveçrədə keçirilməsi planlaşdırılan görüş isə ləğv olunub. Sözçünün dediyinə görə, anlaşma mətninin 28 xordad tarixində rəqəmsal formada imzalanmasından sonra İsveçrədə ayrıca görüş keçirilməsinə təcili ehtiyac qalmayıb.

Bəqayi eyni zamanda Hörmüz boğazının bağlanması ilə bağlı yayılan məlumatları da əsassız adlandırıb və bildirib ki, bu marşrut üzrə gəmiçilik fəaliyyəti normal qaydada davam edir.

Həmçinin yoxlayın

Molla rejimi Azərbaycan sərhədində ballistik raket buraxılış qurğuları yerləşdirib

GADTB: Yerli mənbələr İran İslam Respublikası rejiminin Azərbaycan Respublikası ilə sərhəddə hərbi yerdəyişmələrinin artdığını bildiriblər. …

Təbrizin 9-cu məntəqə bələdiyyəsinin qarşısında Xavəran sakinləri etiraz aksiyası keçirib – Video

GADTB: Xavəranın 2-ci fazasında yerləşən yaşayış mənzillərinin bir sıra sakinləri və mülkiyyətçiləri həllini tapmamış problemlərinə …