Tehran Britaniya və Fransanın Hörmüz boğazı ilə bağlı birgə bəyanatına sərt reaksiya verdi

QADTİB: Böyük Britaniya və Fransanın Omanla əməkdaşlığa hazır olduqlarını və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə çoxtərəfli hərbi missiya yaradılacağını bəyan etməsindən sonra, İran İslam Respublikasının xarici işlər nazirinin müavini xəbərdarlıq edərək bildirib ki, bu su yolu “bölgədənkənar güclərin hərbi güc nümayiş etdirdiyi meydan deyil”.

Kazım Qəribabadi şənbə günü, 13 tir tarixində İranı “Hörmüz boğazının təhlükəsizliyinin təminatçısı və məsul güc” adlandıraraq, “bu həssas su yolunda istənilən hərbi hərəkət” barədə xəbərdarlıq edib.

O, həmçinin vurğulayıb ki, “Hörmüzün təhlükəsizliyi sahilyanı dövlətlərin məsuliyyətidir” və əlavə edib: “Böhran yaradanlar öz avantüralarının nəticələrinə görə məsuliyyət daşıyacaqlar. Bu, ciddi xəbərdarlıqdır.”

Bu açıqlamalar Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun birgə bəyanatına cavab olaraq səsləndirilib. Hər iki ölkə şənbə günü bəyan edib ki, Oman Sultanlığı öz ərazi sularında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün əməkdaşlığa razılıq verib, London və Paris isə Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləmək məqsədilə daha geniş çoxtərəfli hərbi missiyanın həyata keçirilməsinə hazırdır.

Emmanuel Makron həmçinin bildirib ki, Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı ölkəyə qayıdacaq. Bununla yanaşı, mina təmizləmə avadanlıqları, iki freqat və bir dəniz patrul təyyarəsi bölgədə qalacaq və Fransanın tərəfdaşları ilə koordinasiyalı şəkildə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin olunmasına yardım edəcək.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …