Cümə axşamı , Sentyabr 24 2026
azfa

Tehran məhkəməsi: “Əlirza Fərşinin ETTELAAT işçilərinə qarşı şikayətinə baxmaq səlahiyyəmizin yoxdur”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehrandakı zndanında həbsdə olan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi rejimin ETTELAAT-nın bir qrup işçisi və Tehranın 33-cü məntəqəsinin məhkəməsinin 3-cü şöbəsinin müstəntiqi Hadi Səmədpurdan məhkəməyə şikayət edib.

Fəal buna səbəb kimi həmin şəxslər tərəfindən təhdid olunması və təhqirlərə məruz qalmasını göstərib.

Fərşinin şikayətinə Tehranın 28-ci məntəqəsinin Ümumi və İnqilab Məhkəməsinin 8-ci şöbəsinin istintaq bölməsindən cavab gəlib. Məhkəmənin sənədində bildirilir ki, adı çəkilən məhkəmə instansiyasının sözügedən şəxslərə qarşı edilmiş şikayətə baxmaq səlahiyyətinə malik deyil.

Məkmədən bildiriblər ki, Tehranın 33-cü məntəqəsinin məhkəməsinin 3-cü şöbəsinin müstəntiqi Hadi Səmədpur elmi hövzədə təhsil aldığından və molla sayıldığından,  ona, eləcə də onunla əlaqəli olan digər şəxslər və müavinlərinə qarşı şikayətlərə yalnız ruhanilər üçün nəzərdə tutulmuş xüsusi məhkəmə instansiyaları baxa bilər.

Qeyd edək ki, Əlirza Fərşi ETTELAAT Nazirliyinin bir qrup məmuru və müstəntiq Hadi Səmədpura qarşı adi vətəndaşları təhqir və təhdid etmə, eləcə də vəzifəli şəxslər və hakimiyyət, eləcə də ordu nümayəndələri tərəfindən insanları gizlətmək yolu həbs etmə və ya bu cinayətdə iştirak etmə ittihamları ilə şikayət irəli sürüb.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …

Bir cavab yazın