Şənbə , Aprel 18 2026
azfa

Tehranda Türkiyə türkcəsi kurslarının məzunları üçün mərasim keçirilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Yunis İmrə Mədəniyyət Müəssisəsi tərəfindən Tehranda türk dili kurslarını bitirən 23 öyrənci üçün mərasim keçirilib. Təşkil olunan Mərasimdə Türkiyənin İran adlanan ölkədəki səfiri Rza Hakan Tekin iştirak edib.

Tehran Yunis İmrə Mədəniyyət Müəssisəsinin müdiri Turqay Şəfəq bu barədə deyib: “Türk dili kurslarında iştirak edənlər müəssisənin proqramlarını yüksək qiymətləndirir. Hər kurs mərhələsində 400 öyrənci cəlb olunur. Təhsil almış öyrəncilərlə əlaqələrimiz kurslar bitəndən sonra da davam etdirir və onların bəziləri kitab tərcüməsi ilə məşğul olurlar. Elə öyrəncilər var ki, 2 və 3 kitab fars dilinə tərcümə edib”.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın