Şənbə , İyun 7 2025
azfa

Tehranda yaxalanan azərbaycanlı işçi fəalı Rza Şəhabi qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim yaxaladığı Tehran sakini azərbaycanlı işçi fəalı Rza Şəhabini Evin zindanının 209-cu bölməsində qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü olan Rza Şəhabi xəstə olmasına və üç ay yarım bundan öncə həbs edilməsinə baxmayaraq, hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Şəhabi ailəsinin verdiyi məlumata görə, o, 42 gün aclıqdan sonra kəskin arıqlayıb. Təzyiq altında saxlanılan fəal ürək çatışmazlığı, yüksək qan təzyiqi və diyabetdən əziyyət çəkdiyi və ciddi sağlıq problemlərinin yarandığı bildirilir. Lakin ona müayinə və müalicə olunmaq imkanı verilmir.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Şəbistər bölgəsindən olan Rza Şəhabi mayın 12-də həbs edildikdən sonra qeyri-müəyyən şəraitdə saxlanılmasına, ailəsi ilə əlaqəyə və vəkillə təmin olunmasına imkan verilmədiyinə görə 42 gün aclıq aksiyası keçirib.

Həmçinin yoxlayın

Türk ölkəsi Qazaxıstan Britaniya ilə hərbi saziş imzaladı

GADTB: Qazaxıstan nümayəndə heyəti Londonda Böyük Britaniya ilə hərbi əməkdaşlığa başlamaqla bağlı saziş imzalayıb. Bu …

Beynəlxalq Küçə Futbolu Federasiyası Təbrizi Asiyanın küçə futbolu mərkəzi təqdim edib

GADTB: Beynəlxalq Küçə Futbolu Federasiyası (ISFA) rəsmi səhifəsində “Asiya küçə futbolunun mərkəzi Təbriz” mətni ilə …