Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Tehranın Evin zindanında koronavirus infeksiyası yayılması siyasi məhbusları etiraza qaldırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən avqustun 10-da Tehran şəhərində yerləşən Evin zindanında məhbuslar arasında koronavirusun yayılması ilə bağlı 27 siyasi məhbus bu zindanın həyətində oturaq aksiya keçirib.

Dünən həbsxananın 8-ci bölməsində saxlanılan məhbuslar arasında COVİD-19 xəstəliyinin simptomları ortaya çıxdığından sonra bu korpusdakı 27 siyasi məhbus zindanın həyətində oturub və dərhal bu təcridxanadakı şərtlərə diqqət yetirilməsini tələb ediblər.

Avqustun 9-da Evin Zindanının 8-ci bölməsində 17 məhbusdan alınan koronavirus teslərin nəticələrini aldıqdan sonra 12 məhbusun koronavirusa yoluxduğu müəyyən edilmişdi.

Bunu təsdiqlədikdən sonra məhbuslar zindanın sağlamlıq mərkəzinə köçürülüb.

Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəallardan Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı və bu zindnada saxlanılan digər siyasi məhbuslar; Behnam Musəvivənd, Behnam Məhcubi, Müsəyyib Rəisi Yeganə, Əmin Ləqayi, Əsgər Şiri, Ruhullah Xizri, Asbin Cəfəriyan, Sübhan Imani, Sina Salik, Əmir Rza Məhmudi, Hüseyn Məhmudi, Məhmud Əli Nəqi, Yasin Cəmali, Behruz Sultanlu, Mənuçehr Buluriyan, Arəş Şirzadi, Əhməd Farsi, Möhsün Fərid, Seyid Mehdi Müstəfəvi, Əliriza Xisrovcərbi, Əmir Hüseyn Mir Xəlili, Mürtəza Kərimi, Murtaza Purəli və Məhəmməd Hadi Mehrani etiraz edən 27 məhbus arasındadır. Onlar həbsxanadakı vəziyyətin dərhal yaxşılaşmasını tələb ediblər.

Bu oturaq aksiyası nəticəsində Evin zindanının 8-ci bölməsinin başçısı Bağiri etirazçı məhbuslara deyib ki, “etirazınız və narahatlığınızın haqlı olduğunu bilirəm, ancaq otaqların çox kiçik olması səbəbindən bu zindanada sağlamlıq protokollarını və sosial məsafəni tətbiq etmək mümkün deyil.”

Məhbuslara görə, məkanların darlığından əlavə bu kompleksdə maskalar, əlcəklər və dezinfeksiyaedici mayelər kimi sanitariya qurğularının olmaması bu ölümcül virusun onlar arasında yayılmasına səbəb olub.

Məhbusları dünən və bir gün əvvəl ailələri ilə telefon təmaslarında şiddətli atəş və titrəmələr və iy və dad hisslərini itirdiklərini bildiriblər.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …

Bir cavab yazın