Cümə , Aprel 26 2024
azfa

Terrorçu kürdlər dünya ictimaiyyətini Türkiyəyə qarşı aldatmaq üçün çirkin savaş başladı– Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK-YPG terror qruplaşması dünya ictimaiyyətini aldatmaq məqsədilə mülki və əsasən ərəb geyimi geyinməklə Türkiyənin guya sivil insanlara qarşı hücuma keçdiyini dünyaya göstərməyə çalışırlar.

Üstəlik dünya ictimaiyyətini Türkiyənin terrorla mübarizəsinə qaldırmaq məqsədilə PKK-YPG terror qruplaşmasına yaxın sosial şəbəkə hesabları Türkiyəyə qarşı təbliğat savaşına başlayıb.

 “Sülh çeşməsi” əməliyyatının başlanmasından etibarən terror qruplaşmasını dəstəkləyənlərə aid sosial şəbəkə hesabları, yaradılmış saxta hesablar dezinformasiya axını yaradıb.

Belə ki, sözügedən sosial şəbəkə hesabları olduqca aktiv şəkildə Suriyada əvvəlki illərdə çəkilmiş dəhşətli müharibə görüntülərini paylaşaraq, bu halların Türkiyənin yenicə başlatdığı “Sülh çeşməsi” əməliyyatı zamanı yaşandığını iddia ediblər.

YPG-PKK tərəfdarlarına aid hesablar əsasən 2016-cı ilin avqustunda rus ordusunun İdlibə hücumu və Hələbdə 2014-cü ilin mayında baş vermiş qanlı hadisələr zamanı çəkilmiş görüntüləri paylaşmaqla çirkin təbliğat aparır.

Dünya icrtimaiyyətini aldatmaq məqsədilə terrorçular mülki geyimlə Türkiyəyə qarşı savaşır


Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın