Çərşənbə , Sentyabr 23 2026
azfa

“The Wall Street Journal”dan İranın misli görünməmiş gizli maliyyə sistemi və çirkli pulların yuyulması barədə hesabat

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Wall Street Journal” qəzeti sanksiyalardan yayınmaq üçün İranın gizli maliyyə sisteminin detallarını açıqlayaraq İran rəsmilərinin maliyyə əməliyyatlarının xarici nəzarətdən qorunması üçün bu çirkli pulların yuyulması sistemini ölkə iqtisadiyyatının daimi hissəsinə çevirməyə çalışdığını bildirib.  

“The Wall Street Journal” qəzeti bu hesabatı bir neçə Qərb diplomatı, kəşfiyyat rəsmiləri və bəzi sənədlərə əsaslanaraq martın 18-də dərc edib.

Qəzetin yazdığına görə İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi gizli sistemə xarici bank hesabları, xaricdə qeydiyyatdan keçmiş hüquq firmaları və İran daxilində yerləşən ticarət palatası daxildir. Eyni zamanda fiziki şəkildə müəyyən şəxslər vasitəsilə xarici valyutanın xarici ölkələrdən ölkə daxilinə gətirilməsi də İranın istifadə etdiyi qanunsuz yollardan biridir.

Qərb rəsmilərindən biri qəzetə açıqlamasında qeyd edib ki, bu gizli sistem İran hakimiyyətinin misli görünməmiş çirkli pullarının yuyulması əməliyyatlarında istifadə olunur.

Hesabatda bildirilir ki, İran neftini terrorçu sepah üzvlərinə verib və onları əli ilə fiziki şəxs qismində satıb, əldə edilən valyutanın bir hissəsini qaçaq şəkildə ölkəyə gətirib, bir hissəsini isə xarici banklarda saxlayır.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …