Çərşənbə , Oktyabr 21 2026
azfa

İran Türkiyə vətəndaşı Hatəm Özdəmiri edam cəzasına məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərindəki zindanında həbsdə saxlanılan Türkiyə vətəndaşı Hatəm Özdəmir ölüm cəzasına məhkum edilib. Bu barədə rejimin Xoy şəhərindəki İnqilab Məhkəməsi qərar çıxarıb.  

Rejimin Xoy şəhərindəki İnqilab Məhkəməsinin 1 saylı şöbəsinin Özdəmirə qarşı “İranın islam quruluşuna qarşı silahlı üsyan” ittihamı ilə çıxardığı edam hökmü martin 15-də ona elan edilib.

Qeyd edək ki, 2019-cu il yayının əvvəllərində Maku şəhərində yaxalanan Hatəm Özdəmir rejimin Urmiyadakı ETTELAAT İdarəsinin təcridxanasına aparılıb və orada dindirildikdən sonra Urmiya zindanına köçürülüb.

Türkiyə vətəndaşının hansı qrupa bağlı olduğu və törətdiyi cinayət əməli ilə bağlı açıqlama verilmir.

Həmçinin yoxlayın

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …