Bazar , Oktyabr 25 2026
azfa

Tiflisdə Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tiflisdə Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun və “Borçalı-İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.

Aksiya iştirakçıları Rustaveli metro stansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndiriblər.

Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün gürcü dilində çap etdirilən bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Aksiyada Gurcüstan Azərbaycanlı Huquqşünaslar Asossiasiyasının üzvləri də iştirak ediblər.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın