Cümə , Avqust 28 2026
azfa

Tikantəpənin Yulğunağac kəndinin sakinlərindən molla rejimin mədənçilərinə etiraz

GADTB: Güney Qərbi Azərbaycanın Tikantəpə (Təkab)bölgəsinin Yulqunağac kəndinin sakinləri otlaq sahələri dağıdıb, onların yaşayış və həyatlarını birbaşa təhlükə altına salan dağıdıcı mədən fəaliyyətlərinə son qoyulmasını tələb ediblər.

Kənd sakinləri deyirlər ki, kəndin ətrafındakı gur otlaqlar və təbii sərvətlər mədənçilər, ümumiyyətlə, isfahanlılar tərəfindən faydalı qazıntıların çıxarılması bəhanəsi ilə dağıdılır. Onlar rejimin farslar yaşayan şəhərlərdən göndərdiyi mədənçilərə etirazlarını bildiriblər.

Ətraf mühit fəalları bu tədbirlərin ekoloji nəticələri barədə də xəbərdarlıq ediblər və tənzimləyici qurumların dərhal müdaxiləsini və zərərli layihələrin dayandırılmasını istəyiblər. İctimai tələblərə baxmayaraq, rəsmi orqanlar indiyə kimi məsələyə heç bir reaksiya verməyib.

Etiraz zamanı Yulğunağac sakinləri bu mədənçilərin lisenziyalarının ləğv edilməsini, onların təbii və ənənəvi yaşayış sərvətlərinin qorunub saxlanmasını tələb ediblər.

Qeyd edək ki, tarixi Yulğunağac kəndi Tikantəpə şəhər statusu alana qədər Afşar bölgəsinin mərkəzi olub və bu kənddə Afşar bölgəsinin hakimi Süleyman xan Afşar yaşayıb. Bu böyük və qədim Azərbaycan kəndində mədəni irs rəsmilərinin səhlənkarlığı ucbatından dağıdılan onlarla tarixi abidə var, bu azmış kimi kənd təsərrüfatı torpaqları və bağları da İsfahan mədənçiləri tərəfindən talan edilir.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …