Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati binası önündə etiraz aksiyası keçirib.

Etirazçılar bildiriblər ki, artıq bir neçə aydır sosial haqlarını, müavinət və mükafatlarını ala bilmirlər və mədən işçiləri ilə zavod əməkdaşları arasında açıq-aydin ayrı-seçkilik mövcuddur.

Etirazçılardan biri deyib:

“Hamımız eyni müəssisədə çalışırıq, amma bizim maaş və müavinətlərimiz zavodun rəsmi işçilərinin maaşının yarısı qədərdir. Nə iş təhlükəsizliyimiz var, nə də ədalət.”

Mədən işçiləri vurğulayıblar ki, rəhbərlik və aidiyyəti qurumlar tələblərinə məhəl qoymadığı təqdirdə, etiraz aksiyalarını davam etdirəcəklər.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …