Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü 500 futbol klubunun siyahısını açıqlayıb. Reytinqdə Paris Sen-Jermen (Fransa) birinci yeri tutaraq Real Madrid, Bavariya Münhen və Barselona kimi nəhəng klubları geridə qoyub.

Siyahıya əsasən, Güney Azərbaycanın “Traxtur” klubu (Təbriz) dünyada 264-cü yeri tutaraq İranın adlanan ərazidə ən yaxşı futbol komandası elan edilib. “Traxtur” bu göstərici ilə Sevilya (İspaniya), Borussiya Münhenqladbax (Almaniya) və Vest Hem (İngiltərə) kimi tanınmış klubları da arxada qoyub.

Bundan əlavə, İstiqlal və Sepahan klubları müvafiq olaraq 322-ci və 427-ci yerlərdə qərarlaşıb. Hər iki komanda Perspolisdən daha yüksək mövqedə yer alıb.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …