Çərşənbə , Aprel 24 2024
azfa

“Törə bitiki” haqqda

GADTB: Məlumat üçün bildirək ki, “Törə bitiki”nin hansısa nüsxəsini XIII əsrdə Azərbaycandan Ukraynaya köç edən albanlar özləri ilə aparmış və sonrakı əsrlərdə ona ön söz, bir neçə maddə, şərhlər və “Erməni qanunnamə”-sini əlavə edərək aralarındakı məhkəmə-hüquq məsələlərini onunla tənzimləmişlər. Sonra isə əlavələr edilmiş variantın üzünü köçürərək çoxaltmışlar.

XVI əsrdə Ukraynada yaşayan erməni icması öz qanunları ilə yaşamlarını davam etdirmək məqsədilə tərtib etdikləri 124 maddəlik qanunnaməni öncə latın, daha sonra polyak dilinə tərcümə edərək, tərcüməsi ilə birlikdə Polşa kralı Sziqmunda təsdiq etdirmişdilərlər. Sonradan bu qanunlar alban (qarqar-qıpçaq) dilinə tərcümə edilərək, “Törə bitiki” nə daxil edilmişdir. Kitab da dövrümüzə bu halda, yəni müxtəlif əlavələrlə gəlib çıxmışdr. Fəqət onun Mxitar Qoş tərəfindən yazılmış hissəsini əlavələrdən ayırmaq heç bir çətinlik törətmir. Dövrümüzədək ulaşan alban yazılı ədəbiyyatının nümunələrindən biri də “Atamız bizim” (Matta “İncil”indən bir parça) müraciəti ilə başlayan məşhur xristian duasının alban variantıdır.

Duanın alban dilindəki səslənişi:

“Atamız bizim ki köktəsən, ari bolsunq atınq səninq, kəlsin xanlıxın səninq, bolsun erkinq səninq neçik köktə alay yertə, ötməkimizni bizim kündəlik ber bizgə, bu gün boşat bizgə borçumuznu

bizim, neçik ki biz boşatırbiz bizim borçlularimizgə, bermagin bizni

sınamaxlıxka, yoxsa xutxar bizni yamandan, zera seninqdir xanlıx

da, xuvat da, sənqə haybat menqlik. Amen.”

Çağdaş Azərbaycan türkcəsindəki səslənişi:

“Göydə olan atamız, təmiz olsun adın sənin, gəlsin xanlığın (hakimiyyətin) sənin, göydə olan ərkin yerə ələnsin. Ruzimizi gündəlik ver bizə, ………. Bizi sınaqlara soxma, pisliklərdən qurtar,

çünki sənindir xanlq da (hökm də), qüdrət də, əbədi olmaq sənə yaraşır. Amin.” 

Təqdim edilən alban(qıpçaq-qarqar) nümunəsindən də göründüyü kimi, bu, güclü oğuz təsirinə məruz qalmış qıpçaq materialıdır və digər qıpçaq şivələrindən fərqli olaraq, daha anlaşıqlıdır.

Halbuki, digər qıpçaq şivələrini-qumuq, qaraçay, balkar, noqay, qazax, qırğız, başqırd və s. anlamaq bir qədər çətindir. Təbii ki, bu şivə oğuz əhatəsində, yəni Azərbaycanda formalaşa bilərdi və formalaşmışdır da. Maraqlıdır ki, oğuz mənşəli Azərbaycan türkcəsinin vasitəsi ilə bu dilə çox sayda ərəb və fars kəlməsi də keçmişdir. Məsələn; xudrət (qüdrət), xuvat (qüvvət), ki (bağlayıcı) və s.

Şübhəsiz ki, qarşımızdakı ərəb müəlliflərinin “Arran dili” adlandırdıqları alban dilidir və Mxitar Qoşun dövrümüzədək ulaşmış

“Törə bitiki” kitabı da bu dil və şivədədir və eyni qrafika ilə yazılmışdır.

Bütün bu faktlar bir daha sübut edir ki, alban yazısı erməni əlifbası ilə eyni mənşəli olmuş, alban dili də Musa Kağankatlının və Moisey Xorenatsinin “qarqar dili” adlandırdıqları qıpçaq türk-

cəsinin yerli şivəsindən başqa bir şey deyilmiş.

Maraqlıdır ki, sözügedən müəlliflərin söylədikləri bu fikri əldə əsas tutan erməni “alimləri” iddia edirlər ki, guya Mesrop Maştots albanlar üçün deyil, çoxsaylı alban tayfalarından biri olan qarqarlar üçün əlifba düzəltmişdir. Bu iddiada məqsəd guya ayrıca alban

dilinin olmadığını, albanların erməni, yəni hay dilində danışdıqları barədə uydurmanı “sübut” etməkdir.

Lakin Musa Kağankatlının sözügedən məlumatına istinad edənlər eyni müəllifin bir qədər yuxarıda Maştotsun erməni və

albanlara əlifba düzəltdiyini söyləməsini gözardı edirlər. Həqiqət isə budur ki, Musa Kağankatlı məhz alban əlifbasından söz açır və bir qədər sonra isə alban əlifbasının məhz qarqar(qıpçaq) dili əsasında yaradıldığını aydınlaşdırır. Yeri gəlmişkən qeyd edək ki, Strabon (I əsr) və Yustin də dolayı yolla albanlarla qarqarlar arasında bərabərlik işarəsi qoymuşlar. Belə ki, onlardan birincisi Albaniya üzərində ucalan dağlarda amazonkaların yaşadığnı vurğulamaqla yanaşı, qarqarların amazonkalarla qonşuluqda yaşadıqlarını qeyd etmişdir (XI, 5. 1). Yustin isə albanlarla amazonkaların qonşu olduqlarını bildirmişdir (XLII, 3. 7).

Maraqldır ki, eyni mövzuya toxunmuş digər əski erməni müəllifi Koryun da söhbətin məhz alban dilindən getdiyini vurğulamışdır. Özü də onun söylədiklərindən belə aydın olur ki, Mesrop albanların əlifbasını əslində yeniləmişdir. Yəni bu hadisədən öncə

də albanlar yazıya sahib idilər:

“Elə həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi gəldi. O (Maştots) onu sorğu-sual eərək, alban dilinin … sözlərini tədqiq etdi. Daha sonra ona yuxarıdan bəxş edilən istedadı ilə

(albanlar üçün) yazı yaratdı və Məsihin mərhəməti sayəsində uğurla ölçdü, biçdi və dəqiqləşdirdi”

Eyni müəllif bir qədər sonra yazır:

“Bundan sonra o, Alban ölkəsinə yola düşmək üçün (katalikos Saak və erməni çarı Artaşeslə) xudahafizləşdi. Və o həmin ölkəyə yola düşdü, çarların iqamətgahı olan yerə gəldi, alban yepiskopu İeremiya, eləcə də onların çarı Arsval ilə və bütün azatlarla görüşdü. Onlar onu Məsih eşqinə hörmətlə qarşıladılar, o da gəlişinin səbəbini izah etdi.

Onların hər ikisi-bərabər səlahiyyətlərə sahib yepiskop və çar bu  yazını qəbul etməyə razı oldular və ölkənin müxtəlif əyalət və vilayətlərindən yazıb öyrənmək üçün yeniyetmələrin göndərilməsi, onların müvafiq yerlərdəki məktəblər üzrə qruplaşdırılması və qida ilə təmin

edilməsi barədə əmr imzaladılar”.

Bu deyilənlərdən göründüyü kimi, Mesrop albanlar üçün artıq hazır əlifba gətirmişdi. Həmin əlifbanı isə albanlardan öncə ermənilər üçün yaratmışdı. Yəni özü ilə bu gün “erməni əlifbası” kimi tanınan hazır əlifbanı gətirmişdi. Koryunun əsərinin Venesiya mxitaristləri tərəfindən 1854-cü ildə dərc edilmiş başqa variantında isə belə deyilir:

“…Sonra o, Alban ölkəsinə yollandı, onların əlifbasını dəyişdirdi (yenilədi), tədrisatı bərpa etdi…”

Buradan isə belə məlum olur ki, Maştots albanların əlifbasını yenilədi. Albanların bundan da öncə əlifbaları olduğu, onunla kitablar yazıldığı, xristianlığın qəbulundan sonra Vaçaqanın onların yandırılmasını əmr etdiyi məlumdur. Bu barədə Musa Kağankatlı məlumat verir. Söhbət hansı əlifbadan gedir?

Bu suala cavab verməmişdən öncə qeyd etməliyik ki, alban əlifbası barədə mütəxəssislər hələ də yekdil fikrə gələ bilməmişlər. Bir çoxları Mingəçevirdən tapılan və üzərində bugünə qədər oxuna bilinməyən yazının alban əlifbası olduğunu iddia edirlər. Bəzi mütəxəssislər bu daşı IV əsrə, digərləri V əsrə aid edirlər. Onu VII əsrə aid edənlər də var. Bu yazının alban yazısı olduğu sübut olunmamış qalır.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …