Şənbə , Oktyabr 31 2026
azfa

Tramp: İran İslam Respublikası etirazçılar etiraz etmədikləri zaman belə onları öldürür

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirir ki, “İranı dağıdan İran İslam Respublikası etirazçıları hətta etiraz etmədikləri zaman belə görünməmiş miqyasda öldürür”.

Donald Tramp çərşənbə axşamı, 3 şəhrivər tarixində özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edərək yazıb:

“İranı dağıdan İran İslam Respublikası hərbi qüvvələrinin böyük bir hissəsinin maaşlarını ödəmir, eyni zamanda etirazçıları hətta etiraz etmədikləri zaman belə görünməmiş miqyasda öldürür.”

O bildirib ki, “bu, nəhəng miqyasda humanitar fəlakətdir və dərhal dayandırılmalıdır”.

ABŞ Prezidenti bununla bağlı əlavə açıqlama verməyib. Bununla belə, İran İslam Respublikası rəsmiləri son aylarda ötən ilin Dey ayında keçirilən etirazların bir sıra iştirakçılarını “milli təhlükəsizliyə qarşı fəaliyyət” ittihamı ilə edam ediblər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …