Cümə , Noyabr 13 2026
azfa

Tramp: “İran razılaşmaya can atır”

GADTB: Dünən ABŞ Prezidenti Donald Tramp Air Force One təyyarəsində jurnalistlərə müsahibəsində İranla aparılan danışıqlarla bağlı açıqlama verib. O, bildirib ki, hazırda İranla “çox yaxşı danışıqlar” gedir və Tehranın razılığa gəlməyə ciddi maraq göstərdiyi açıq şəkildə görünür.

Trampın sözlərinə görə, razılaşmanın konkret olaraq hansı mərhələdə olduğunu hələlik dəyərləndirmək lazımdır. Bununla belə, ABŞ prezidentinin fikrincə, İran tərəfi hazırda anlaşmaya əvvəlkindən daha çox can atır.

ABŞ prezidenti əvvəlki danışıqlar prosesinə də toxunaraq qeyd edib ki, İran daha öncə razılaşmadan imtina etmək qərarı vermişdi. Ancaq Trampın sözlərinə görə, son dövrlərdə vəziyyət dəyişib və Tehran indi fərqli mövqe sərgiləyir.

Tramp ABŞ-yə məxsus böyük hərbi donanmanın bölgəyə doğru hərəkət etdiyini xatırladıb.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …