Şənbə , Noyabr 28 2026
azfa

Ərdəbildə saxlanılan Milad Səbrinin taleyindən 28 gündür xəbər yoxdur

GADTB: Ərdəbil sakini, 25 yaşlı Milad Səbri təxminən 28 gün əvvəl molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Həmin vaxtdan bəri onun saxlanıldığı yer, səhhəti və hüquqi vəziyyəti ilə bağlı hər hansı aydın məlumat açıqlanmayıb. Bildirilir ki, yalnız ailəsi ilə qısa bir telefon əlaqəsi yaradılıb və bundan sonra onunla əlaqə tamamilə kəsilib.

Bu vətəndaşın taleyi ilə bağlı davam edən məlumatsızlıq onun əsas hüquqlarının pozulması ehtimalı barədə ciddi narahatlıqlar doğurur. İnsan hüquqları standartlarına əsasən, saxlanılan hər bir şəxs hüquqi vəziyyəti haqqında məlumat almaq, vəkilə çıxış və ailəsi ilə əlaqə saxlamaq hüququna malikdir.

Həmçinin yoxlayın

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …

İbrahim Asimaninin vəziyyəti ilə bağlı məlumatsızlıq davam edir, azərbaycanlı fəalın səhhətindən narahatlıq artır

GADTB: İbrahim Asimaninin həbsindən 26 gün keçməsinə baxmayaraq, onun vəziyyəti ilə bağlı heç bir məlumatın …