
GADTB: ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bildirib. Bu barədə o, “Fox News”a müsahibəsində bildirib.
“Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev – Qeyd) nüvə silahı haqqında danışmağa başladı və nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Biz isə tam hazırıq, – Ağ Evin rəhbəri bildirib.
Eyni zamanda ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına özünəməxsus münasibət bildirib.
O, bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Qeyd olunub ki, Ağ Evin rəhbəri rusiyalı siyasətçinin sözlərinə cavab olaraq iki nüvə sualtı qayığının (NPS) Rusiya sərhədlərinə göndərilməsinə dair göstəriş verib.
“Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin təxribat xarakterli bəyanatlarına cavab olaraq, mən müvafiq ərazilərdə iki nüvə sualtı qayığının yerləşdirilməsinə göstəriş vermişəm. Bu, axmaq bəyanatların daha bir şeyə çevriləcəyi təqdirdə, ehtiyat tədbiridir”, – Tramp yazıb.
Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, ABŞ lideri Moskva ilə “ultimatum oyunu” oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.
Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.