Şənbə , Aprel 25 2026
azfa

Təbrizdə yoxlama məntəqəsinə hücum: 13 Bəsic üzvü həlak olub

Təbrizdə yoxlama məntəqəsinə hücum: 13 Bəsic üzvü həlak olub

GADTB: İran mediasının yaydığı məlumatlara görə, Təbrizin Qaraməlik bölgəsində yerləşən bir yoxlama məntəqəsinə mərmi düşməsi nəticəsində 13 nəfər Basic üzvü həlak olub, daha 18 nəfər isə yaralanıb.

Rokna News Ajansı bu məlumatı Şərqi Azərbaycan vilayətinin rəhbərliyinə istinadən yayıb. Həmin mənbənin bildirdiyinə görə, cümə axşamı səhər saatlarında Malikan bölgəsinin girişində baş verən başqa bir hücum zamanı bir hərbçi və bir mülki şəxs həyatını itirib, üç nəfər isə yaralanıb.

Eyni zamanda ILNA xəbər verir ki, cümə axşamı baş verən hücumlarda bir neçə hədəf, o cümlədən iki hərbi qərargah, Malikan ətrafındakı anbarlar, Sahand Texnologiya Universiteti yaxınlığı və Qaraməlikdə yerləşən bir yaşayış obyekti vurulub.

Şərqi Azərbaycan vilayətinin böhran idarəetmə baş idarəsinin rəisi Macid Fərşi ILNA-ya bildirib ki, martın 28-i səhər saatlarında Malikan rayonunun girişində hərbi avtomobilə edilən hava hücumu nəticəsində bir hərbçi ölüb. Onun sözlərinə görə, hücum zamanı qəlpələrin şəxsi avtomobilə dəyməsi nəticəsində bir mülki vətəndaş da həyatını itirib.

ILNA-nın yazdığına görə, yerli rəsmilər müharibənin başlanmasından bu günə qədər Şərqi Azərbaycanda 136 nəfərin öldüyünü, 1160-dan çox insanın isə yaralandığını iddia edirlər.

Bundan əvvəl Israel Mudafiə Qüvvələri İran ərazisində Basic qüvvələrinin qərargahlarını və yoxlama məntəqələrini hədəf aldığını açıqlamışdı. Hökumətə bağlı media orqanları da martın 22-dən etibarən yoxlama məntəqələrinə və Bəsic qüvvələrinə qarşı bir neçə hücumu təsdiqləmişdilər.

İsrail ordusu isə cümə axşamı səhər X sosial şəbəkəsindəki kanalında bildirib ki, son 24 saat ərzində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar kəşfiyyat idarəsinin rəhbərliyi ilə İranın qərb və mərkəzi bölgələrində “rejimə məxsus 130-dan çox infrastruktura” zərbə endirib.

Məlumata görə, hücum edilən hədəflər arasında ballistik raket buraxılış platformaları, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri də olub.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …