Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Daha bir neçə ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

GADTB: İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, daha altı ölkə SEPAH-ı terror təşkilatı kimi tanıyıb.

Onun sözlərinə görə, İslandiya, Moldova, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Lixtenşteyn bu qərara qoşulub. Bu addım Avropa Birliyi tərəfindən daha əvvəl qəbul edilmiş oxşar qərarın dəstəklənməsi kimi dəyərləndirilir.

Bildirilib ki, Ukrayna və Albaniya da daha əvvəl bu tədbirlərə qoşulmuşdu.

SEPAH-ın terror təşkilatı kimi tanınması onunla əlaqəli aktivlərin dondurulmasını, maliyyə əməliyyatlarının qadağan edilməsini və əlaqəli şəxslərə qarşı səyahət məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …