Çərşənbə axşamı , Dekabr 9 2025
azfa

Trampın ABŞ səfirliyini Qüdsə köçürmə göstərişindən sonra reaksiyalar davam edir

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Azərbaycan Respublikası İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Azərbaycan Respublikası XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır: “Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”.

Türkiyə isə Trampın Qüdsə dair qərarını pisləyib və Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib:  “Biz ABŞ administrasiyasının Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair məsuliyyətsiz bəyanatlarını pisləyirik. Bu qərar beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir”, M.Çavuşoğlu qeyd edib.

Səudiyyə Ərəbistanı isə ABŞ-ı Qüds barəsində qərara yenidən baxmağa çağırıb. Rəsmi Ər-Riyad prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürülməsinə dair bəyanatlarını məsuliyyətsiz adlandırıb.

İran adlanan ölkə də Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını pisləyib. İran Xarici işlər nazirliyi ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını, ABŞ prezidentinin bu ölkənin səfirliyinin Tel- Əvivdən Qüdsə  köçürülməsi ilə bağlı qərarını qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı deyib: “Dövlət Departamentinə Amerika səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi üzrə hazırlıqlara başlamaq barədə göstəriş verirəm”.

Həmçinin yoxlayın

Avropa Birliyi ilə İrəvanın imzaladığı sənəd sülh gündəliyinə ziddir

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla AB arasında imzalanan sənədi şərh edib. Bildirilib ki, …

Vərziqan komandası çempion oldu

Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhərinin 20 yaşadək gənclərdən ibarət “Mis-i Süngün” voleybol komandası  İran Birinci …

Bir cavab yazın