Cümə axşamı , Oktyabr 22 2026
azfa

Traxtur tərəfdarlarının Türkiyəyə başsağlığı şüarları türk mediasında geniş işıqlandırıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Tehranda Güney Azərbaycanın Traxtur komandasının tərəfdarlarının “Azərbaycan var olsun – Türkiyə başın sağolsun” şüarı səsləndirəmələri Türkiyə mediasında geniş işıqlandırılıb.

Türkiyənin əksər televiziya kanalı və saytları Traxtur tərəfdarlarının türk millətinə başsağlığı verməsini geniş şəkildə əks etdirmişlər.

Qeyd edək ki, Traxtur tərəfdarları yarış zamanı “Azərbaycan var olsun – Türkiyə, başın sağolsun” şüarı səsləndirərək, cümə günü Elazığ şəhərində baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı veriblər.

İrqçi farslar və molla rejiminin televiziyası isə azərbaycanlıların başsağlığı mesajını baykot edib, irqçi farsların Azərbaycan türklərinə qarşı təhqir və söyüşlərini yayınlamışlar.

Azərbaycan var olsun Türkiyə başın sağ olsun

Publicerat av Ali Huseyn Söndag 26 januari 2020

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın