GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Traxtur komandası ilə İsfahanın Sepahan komandası arasında keçirilən yarış zamanı Təbrizin Səhənd stadionunda milli şüarlar səsləndiriblər.
Yarışın 15-ci dəqiqəsində Traxtur tərəfdarları tərəfindən “Türk dilində mədrəsə olmalıdır hər kəsə” şüarı səsləndirilib. Lakin İran rejiminin radio və televiziyası tamaşaçıların səsinə senzura tətbiq edib.
yarışın 21-ci dəqiqəsində “Traktor” komandasının azarkeşləri tərəfindən “Azadlıq, Ədalət, Milli Hökümət”, yarışın 25-ci dəqiqəsində isə qadın hüquqlarına dəstək naminə “Azərbaycan qızları – göyün ulduzları” şüarlar səsləndirilib.
Təxminən 100.000 tərəfdarın stadionda iştirakı ilə həmçinin “Azadlıq,Ədalət,MilliHökumət” vəs. milli şüarlar da səsləndirilib.
Yarış 1:0 hesabı ilə “Traxtur”un xeyrinə başa çatıb. Bu oyunda Traxtur komandasının qolunu Rza Əsədi penaltidən vurub.